GEOMORFOLOJİ SİKL

coğrafi sikl-hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müxtəlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buzlaq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür. геоморфологичеcкий цикл geomorphological cycle
GEOMORFOLOJİ SƏVİYYƏLƏR ÜSULU
GEOMORFOLOJİ STRUKTUR
OBASTAN VİKİ
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Epik sikl
Epik sikl (yun. Ἐπικὸς Κύκλος) və ya Troya siklı — daktil heksametrdə yazılmış və Troya müharibəsi hekayəsi ilə bağlı qədim yunan epik şeirlərinin toplusu. Buraya "Kipriya", "Efiopida", "Kiçik İliada", "İlionun məhvi", "Qayıdışlar" və "Teleqoniya" adlanan əsərlər daxildir. Alimlər bəzən iki Homer dastanını, yəni "İliada" və "Odissey"i epik siklın poemaları sırasına daxil edirlər, lakin bu termin daha çox homerik poemalardan ayrı olaraq qeyri-homerik poemaları təyin etmək üçün istifadə olunur. Müasir elmdə Homer dastanları ilə epik sikl arasında tarixi və ədəbi əlaqələrin öyrənilməsinə neoanaliz deyilir. "İliada" və "Odisseya"dan fərqli olaraq, epik dövrün əsərləri yalnız son antik dövr və Bizans dövrünün mənbələrində fraqmentlər və qısa xülasə şəklində qorunub saxlanılmışdır. Epik sikl qədim yunanların qaranlıq əsrlərində inkişaf etmiş və qismən yerli qəhrəman kultlarına əsaslanan şifahi ənənənin ədəbi formada ifadəsi idi. Ədəbi dastanların götürüldüyü ənənəvi material Dəmir dövrü və qədim Yunanıstan tarixinin sonrakı dövrləri nöqteyi-nəzərindən Tunc dövrünün Mikena mədəniyyətini əks etdirirdi. == Sübutu == Herodot e.ə. V əsrin ortalarında "Tarix"ini yazarkən "Kipriya" və "Epiqonlar" haqqında bilirdi.
Geomorfoloji Skil
Geomorfoloji amillər
Geomorfoloji anomaliya
Geomorfoloji mərhələ
Geomorfoloji rayonlaşdırma
== Ümumi məlumat == Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.